Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandaların bir qrupu artıq Bakıdadır.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Digər komandaların da ölkəyə gəlməsi gözlənilir. Qeyd edək ki, yarışlarda 10 komanda iştirak edir. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada tribunalarda 16700 oturacaq quraşdırılıb.