"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen ilk dəfə "Formula 1"in çempionu olub.

Teleqraf.com xəbər verir ki, Ferstappen mövsümün son yarışı olan Əbu Dabi Qran-Prisində sonuncu dövrədə “Mercedes”in pilotu Lüis Həmiltonu məğlub edərək qalib gəlib.