Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvanda görüş təklifi rədd edilməyib. Görüşün keçirilməsi ilə bağlı qərar var, amma yeri və tarixi razılaşdırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu ikitərəfli münasibətlərinin tənzimlənməsi üzrə İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
Erməni diplomat məsələ ilə əlaqədar başqa təfərrüat verməyib.
Antalya Diplomatiya Forumunda Sərdar Kılıç xüsusi nümayəndələrin görüşünün İrəvanda keçirilməsini təklif etmişdi. Ruben Rubinyan təklifə cavab verəcəklərini bildirmişdi.