Son məqsəd - sərhədlərin tam açılması və diplomatik münasibətlərin qurulması reallaşmasa da, sıx təmaslar olur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlərin bərpasından danışarkən deyib.
Nazir xatırladıb ki, Türkiyə yanvarın 6-da iki ölkə arasında birbaşa hava yüklərinin daşınmasına dair qadağaların aradan qaldırıldığını açıqlayıb.
“Mən özüm də Türkiyədə, Ankarada olmuşam, xarici işlər nazirləri ilə görüşmüşəm. Geniş tərkibdə görüş də olub. Səfər zamanı Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün qismən açılması barədə razılıq əldə edilib. Təəssüf ki, bu, indiyədək reallaşmayıb. Ani körpüsünün birgə təmiri ilə bağlı da razılığa gəlmişik”, - Mirzoyan vurğulayıb.