Ermənistan Avropa Birliyinə (AB) üzvlük üçün müraciət edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano deyib.

“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. AB-yə üzvlük məsələsinə gəlincə, birliyə üzvlük üçün müraciət edib-etməmək qərarı hər bir Avropa ölkəsi, öz xalqı və hökuməti tərəfindən verilir”, - o, AB-nin qapılarının Ermənistana açıq olub-olmaması sualına cavabında bildirib.

Stano xatırladıb ki, ölkə AB-yə üzv olmaq üçün ərizə təqdim edən kimi bu, üzv dövlətlər tərəfindən müzakirə olunur, daha sonra müvafiq müqavilələr və müəyyən edilmiş standartlar əsasında qərar qəbul edilir.