Hindistan-İran-Ermənistan ticarət dəhlizinin açılması məsələsi müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib.
“Tərəfdaşlarımızla üçtərəfli formatda müzakirələr aparılır. Artıq həmin marşrut vasitəsilə pilot yüklər ötürülüb. Amma istiqamətin sabit olması üçün çox iş görülməlidir”, - nazir müavini qeyd edib.
Teryan bildirib ki, hazırda Ermənistan şirkətlərinin Çabaxar limanında (İran) fəaliyyətləri məsələsi müzakirə olunur.
Ölkə rəsmisi sözügedən dəhliz vasitəsilə hansı yüklərin daşındığını açıqlamasa da, söhbətin Hindistandan Ermənistana göndərilən silahların İran üzərindən ötürülməsindən getdiyi şübhəsizdir. İran Hindistandan əvvəl Rusiyadan göndərilən silahlar üçün də Ermənistana yol vermişdi.