Ermənistanın başqa ölkələrə qarşı ərazi ambisiyası olmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bizim indiki sərhəddən kənarda heç bir ambisiyamız olmamalıdır. Çünki bu sərhəddən kənarda istənilən ambisiya zəif yerimiz kimi, legitim mövqelərimizi sarsıtmaq üçün istifadə olunacaq. Ona görə deyirik ki, bu xətdən kənarda nə varsa, bizim deyil. Bu xətdən içəridə nə varsa bizimdir. Bu məntiqlə təhlükəsizliyimizi təmin edəcəyik. Gələcək işlər bu barədə olmalıdır”, - baş nazir vurğulayıb.
Paşinyan qeyd edib ki, Ermənistan sərhədinin haradan keçdiyini millimetr dəqiqliyi ilə bilirlər:
“Gedib həmin sərhədə yerində baxmaq lazımdır. Bu məsələdə problemə aksiomla yox, teoremlə baxmağa hazırıq, onu sübut etmək üçün hər yerə, həll yollarına getməyə hazırıq”.