Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyi (AİB) istiqamətində atdığı addımlar dövlətimiz üçün fəlakətli nəticələr verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan keçmiş müdafiə naziri, general-leytenant Arşak Karapetyan deyib.
Onun sözlərinə görə, ölkənin müstəqilliyini qorumaq üçün regionda yalnız bir rıçaq var, o da Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası və KTMT-yə üzvlükdür.
“Rusiya hərbi bazası buradan çıxan kimi Ermənistanla heç kim maraqlanmayacaq”, - Karapetyan bildirib.
İrəvanın KTMT ilə bağlı addımlarından danışan sabiq nazir bunu son dərəcə təhlükəli hesab edir:
“Bu, Ermənistan üçün təhlükəli oyundur. Amma oynayan tərəf Ermənistan rəhbərliyi deyil, o, pultla idarə olunur, idarə edən də ABŞ səfirliyində oturub. Qərbin bizə verə biləcəyi təhlükəsizlik zəmanəti görmürəm.
Xarici siyasi vektorun dəyişməsi ciddi iqtisadi və enerji problemlərinə gətirib çıxaracaq. Bu, istər-istəməz məhsullarımızın Rusiyaya ixracına, ümumilikdə Rusiyadan qazın tədarükünə və onun maya dəyərinə təsir edəcək. Bunların nəticəsi dövlətimiz üçün fəlakətli ola bilər”.