Ermənistan-Rusiya münasibətlərindəki gərginliyə baxmayaraq, Baş nazir Nikol Paşinyan mayda Avrasiya İqtisadi Birliyinin (AİB) 10 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Moskvaya gedə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Məsələ ondadır ki, Ermənistan yanvarın 1-dən AİB-ə sədrliyi üzərinə götürüb. İrəvan il ərzində Avrasiya Ali İqtisadi Şurası, Avrasiya Hökumətlərarası Şurası və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək. Ənənəyə görə, sədrlik edən ölkədə bir il müddətində liderlərin toplantısı çağırılır, Ermənistan hələ də bu barədə düşünmür”, - nəşr yazır.