Rusiya Prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinin xəyanətini bağışlamayacaq.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
“Vladimir Putinin dövlət təhlükəsizlik orqanlarında xidmət təcrübəsindən öyrəndiyi əsas prinsip ondan ibarətdir ki, xainlər bağışlanılmır, bağışlana da bilməz. Bunu MKİ, MI6 və DGSE ilə etibarlı əlaqələr quran Nikol Paşinyan və yaxın ətrafı üçün xatırlamağa dəyər”, - polkovnik vurğulayıb.
MKİ ABŞ, MI6 Böyük Britaniya, DGSE Fransanın xüsusi xidmət orqanıdır.