Fors-major hallar baş verərsə, KTMT və Rusiya Ermənistanı qorumaq üçün heç nə etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
“Qarşılıqlılıq prinsipinin diplomatiyada işlədiyini nəzərə alsaq, İrəvanın KTMT-də iştirakını dondurması o deməkdir ki, KTMT də öz növbəsində müvafiq fors-major hallar baş verərsə, Ermənistanı qorumaq üçün bu ölkə qarşısında öz öhdəliyini dondurur. Beləliklə, birdən-birə nəsə baş verərsə, Ermənistanın ərazi bütövlüyünün qorunmasını təmin etmək, KTMT və Rusiya üçün yox, Nikol Paşinyanın Fransa və Yunanıstan simasında “yeni dostlar”ı üçün başağrısı məsələsi olacaq.
Paşinyan KTMT və Rusiyaya münasibətdə “Heç kimin heç kimə heç nə borcu yoxdur” prinsipini bəyan etmək qərarına gəlib. Bəli, bu o deməkdir ki, heç kimin heç kimə borcu yoxdur”, - ekspert bildirib.
Korotçenko Ermənistan hökumətinin Rusiya sərhədçilərinin İrəvan beynəlxalq hava limanından (“Zvartnots”) çıxarılması tələbinə də diqqət çəkib:
“Rusiya sərhədçilərinin “Zvartnots”dan çıxarılmasının məqsədi il ərzində Ermənistan ərazisində mövcudluğu kəskin şəkildə artırılacaq NATO üzvü ölkələrdən gələn hərbi personal və kəşfiyyatçılar haqda məlumatları müəyyən edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) informasiya yollarını bloklamaqdır”.