Ermənistan hökuməti Rusiya ilə münasibətləri açıq şəkildə kəsir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

“Ermənistan iqtidarı Rusiya ilə münasibətləri nümayişkaranə şəkildə kəsir, səbəb axtarır, bir addım digərinin ardınca atılır, bu, onların siyasətinə uyğundur, məncə, məsələ “Zvartnots”la məhdudlaşmayacaq.

İndi nə deyirlər desinlər, yavaş-yavaş bizim xəbərdarlıq etdiklərimizi həyata keçirirlər, bu, KTMT-dən çıxmaqla bağlıdır, sonra Gümrüdəki baza məsələsini qaldıracaqlar”, - rusiyalı deputat vurğulayıb.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bundan əvvəl Rusiyanı “Zvartnots” beynəlxalq hava limanındakı sərhədçilərini çıxarmağa çağırıb. Onun sözlərinə görə, limanda müvafiq xidməti Ermənistan sərhədçiləri aparmalıdır.