Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusu məsələsində tələskənliyə yol verilməməlidir, faydası ola bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryan deyib.
Siyasətçinin fikrincə, məsələ təkcə bunun nəticəsində Ermənistanın Rusiyadan zərbə alacağı ilə bağlı deyil, problem ondadır ki, kəskin dəyişiklik dövlət və onun iqtisadiyyatı üçün arzuolunmaz və gözlənilməz nəticələrə səbəb ola bilər.
Ağazaryan Baş nazir Nikol Paşinyanın komandası ilə qapalı toplantıda ərizənin ən geci payıza qədər Brüsselə verilməli olduğunu bəyan etməsi ilə bağlı məlumatı təkzib etməyib:
“Niyə payıza qədər? Bu, Baş nazirin nöqteyi-nəzəridir, görünür, mütləq məlumata malikdir. Bəs Ermənistan AB üzvlüyünə nə vaxt namizəd olacaq? Bu, ən dəhşətli sualdır, cavabım yoxdur, qarşıdakı müzakirələr zamanı buna cavab almalı olacağıq”.
Deputat bunun Qərbin tələbi olduğunu da gizlətməyib.