Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan, nazirlər və hakim qanadın deputatları qapalı toplantı keçirəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Bu, son günlər hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri ilə Nikol Paşinyan arasında üçüncü görüşdür.

Nəşr yazır ki, bu günlərdə partiyada gündəm mövzusu Avropa Birliyinə (AB) üzvlüyə namizəd olmaqdır, baş nazirlə ardıcıl toplantılarda da bu məsələ müzakirə olunur. Dünən bu, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşün də gündəliyində idi.

“Əldə etdiyimiz məlumata görə, AB üzvlüyünə namizəd prosesinin əsas kuratoru Təhlükəsizlik Şurasının katibidir. Mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan bu məsələni tez bitirmək niyyətindədir, ona görə də Ermənistanın qısa müddətdə Avropa Birliyi üzvlüyünə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir. İrəvanın növbədə nə qədər gözləyəcəyini söyləmək çətindir”, - nəşr qeyd edir.