“İrəvan anti-Rusiya qəzəbinə son qoymasa, Ermənistanı bir dövlət, Paşinyanı isə siyasətçi kimi tamamilə ölümcül nəticələr gözləyir”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
“Rusiyanın İrəvana şifahi müdaxilələri hələlik təsirini göstərməyib, Ermənistanın kursu hələ də Qərbə doğrudur. Hətta erməni “tərəfdaşlarımız” bu istiqamətdə sürəti kəskin artırıblar. Bu o deməkdir ki, təsir göstərmək üçün başqa variantlar haqda düşünməliyik. Mümkün təsirləri əvvəlcədən hesablamaq lazımdır.
Heç kim Paşinyanın çoxvektorlu yanaşmasının əleyhinə deyil, hamı yaşamaq istəyir. Amma Cənubi Qafqazda Ermənistanın Ukraynaya çevrilməsi təəssüf doğurur”, - ekspert bildirib.
Korotçenko Ermənistanın anti-Rusiya siyasətinin bu ölkəyə baha başa gələcəyini söyləyib:
“Bir şeyi açıq deyə bilərəm: İrəvan anti-Rusiya qəzəbinə son qoymasa, Ermənistanı bir dövlət, Paşinyanı isə siyasətçi kimi tamamilə ölümcül nəticələr gözləyir. Bu, hədə-qorxu deyil, reallaşması yüz faiz olan ekspert proqnozudur”.