Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 6-da müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına rəsmi səfər edib", - məlumatda deyilir.

Səfərlə bağlı digər təfərrüat açıqlanmayıb.