Rusiya ondan üz dönrədən erməniləri dəhşətli şəkildə cəzalandıracaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qaqik Ambaryan deyib.

Onun sözlərinə görə, Ermənistan qəzəblənmiş Rusiyanın atacağı addımlara tab gətirə bilməyəcək.

“Hətta Rusiya tərəfi xarici işlər nazirlərinin telefon danışığının öz təşəbbüsü ilə baş tutduğunu gizlətmir. Burada problem ondadır ki, təslim olmuş Ermənistan tab gətirə, Rusiyaya qarşı bu qədər onu ələ salan və həyasız davranış nümayiş etdirə bilməz. Amma bütün bunlara baxmayaraq, Rusiyanın regiondan çıxarılması prosesi son mərhələyə qədəm qoyub. Ruslar isə bütün bunları çox gözəl başa düşərək erməni tərəfinin manevr etməsinə, iki kresloda əyləşməsinə imkan verməməyə çalışırlar. Çünki Ermənistan təslim olmuş ölkədir”, - ekspert bildirib.

Ambaryan qeyd edib ki, ruslar Ermənistana gedəcəyi istiqaməti açıq şəkildə göstərməsi üçün ultimatum veriblər.

“Rusiyanın bu ultimatumla erməniləri dəhşətli şəkildə cəzalandıracağı bir həqiqətdir”, – ekspert əlavə edib.