Ermənistanın hakim "Mülki Müqavilə" partiyası Türkiyəyə qarşı müsbət çıxışlar edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Bəziləri xarici işlər nazirinin apardığı “çevik” diplomatiyaya, türklərlə dil tapmaq bacarığına çox həvəslə yanaşır və hesab edir ki, uzunmüddətli sülhün bərqərar olması üçün ilk növbədə regionda Türkiyə ilə münasibətləri həll etmək lazımdır", - qəzetdə qeyd olunub.

Məlumata görə, belə düşüncədə olanlar hesab edirlər ki, Ermənistan hakimiyyəti Türkiyəni Azərbaycanla münasibətlərin tənzimlənməsində vasitəçi etmək üçün onu oyuna sürükləyib və Mirzoyan sülh müqaviləsi sənədini türklər vasitəsilə Azərbaycana ötürüb, əslində Türkiyəyə mandat verib.

Qəzet əlavə edir ki, bəziləri isə hesab edir ki, türkə olan sevgi yersizdir, çünki Ankara heç vaxt mövqeyini dəyişməyəcək.