Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edilib, Aİ-nin mülki missiyasının Ermənistan- Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunublar.