“Yenidən hakimiyyətə gəlməyə çalışan Paşinyan Naxçıvan və Azərbaycan arasında birbaşa quru əlaqəsinin qurulmasına çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan konstitusiya məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan deyib.

O, Paşinyanı “tarixdə erməni xalqının ən böyük düşməni” adlandırıb.

“10 noyabr bəyanatında imza atan Paşinyan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat infrastrukturun qurulmasını təmin edir. Bu o deməkdir ki, təkcə Mehri vasitəsilə deyil, həm də Sünik və Vayots Dzor üzərindən çoxsaylı yollar keçəcək ki, azərbaycanlılar Kəlbəcərlə Naxçıvan arasında əlaqə qura bilsinlər”, - Qazaryan bildirib.

O, bununla Zəngəzurdan keçən bir çox yollara nəzarətin Azərbaycana keçəcəyini söyləyib.