BAKI, 23 yanvar. TELEQRAF
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Teleqraf xəbər verir ki, neftin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,94% azalaraq 66.63 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.