BAKI, 11 sentyabr. TELEQRAF

"Şagirdlər açıq tipli suallarda Türkiyə türkcəsindən istifadə edir".

Teleqraf xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, nazirin müşaviri Elnur Əliyev təhsil işçilərinin sentyabr konfransında deyib.

Onun sözlərinə görə, hətta bəzən şagirdlərin xətti oxunaqlı olmur: “Bundan əlavə, 4-cü sinifdə oxu üzrə qızlar oğlanlardan üstündür, lakin riyaziyyat fənnindən oğlanların cüzi fərqlə irəlidə olduğu müşahidə olunur. Ümumilikdə isə 6-cı sinif şagirdlərində oxu üzrə şərh etmə zəifdir".

O bildirib ki, 4-cü sinif şagirdlərinin nəticələri Azərbaycan və rus bölmələri üzrə müqayisə edilərkən yalnız hər iki bölmənin fəaliyyət göstərdiyi eyni məktəblər nəzərə alınıb.