BAKI, 29 iyul. TELEQRAF
"Bu il IV ixtisas qrupunda müsabiqə vəziyyəti daha yüksək olacaq"
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, IV ixtisas qrupunda əsas rəqabət yüksək ballı abituriyentlər arasında gözlənilir: “Əsas müsabiqə 600-dən yuxarı bal toplayan abituriyentlər arasında olacaq. Daha aşağı bal toplayan abituriyentlər arasında da müəyyən dəyişikliklərin olacağı gözlənilir”, - Vəfadar Misirov qeyd edib.