BAKI, 27 aprel. TELEQRAF

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova tutduğu vəzifədən azad edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, artıq N.Nəsibovanın yerinə təyinat da olub. Onu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

Qeyd edək ki, N.Nəsibova 1992-ci ildən müşavir vəzifəsində çalışırdı.