BAKI, 24 fevral. TELEQRAF
2900 təhsil müəssisəsində internetin sürəti tədris prosesinin aparılması üçün uyğundur.
Teleqraf xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması”na dair mətbuat konfransında deyib.
O bildirib ki, hazırda şagirdlərin 80 faizdən çoxu genişzolaqlı internetə çıxış imkanına malikdir: “Məqsəd bütün təhsil müəssisələrinin genişzolaqlı internetə qoşulmasını təmin etmək və rəqəmsal resurslara əlçatanlığı artırmaqdır.
2026-cı ilin sonunda kompüter və şagird nisbətinin 1:6-ya çatdırılması planlaşdırılır".