BAKI, 4 fevral. TELEQRAF

Ötən il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 323 imtahan keçirilib.

Teleqraf xəbər verir ki, bunu DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, imtahanların əksəriyyəti elektronlaşdırılacaq.

"O baxımdan nəzarətçilər də bu prosesə hazır olmalıdırlar. Belə ki, nəzarətçi müəllimlər elektron imtahan sistemi ilə bağlı məlumatlı olmalı və müasir tələblərə uyğun formada imtahana nəzarət etməlidirlər".

O vurğulayıb ki, ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi hələ də davam edir.

"Layihəyə maraq yüksəkdir, belə ki, 2935 namizəd müraciət edib. Nəzarətçilər imtahanlarda bizim nümayədəmiz hesab olunur. Çünki biz bu prosesi onlarla birgə keçiririk. Layihədə iştirak edib, sertifikat alanlar imtahanlarda iki dəfə iştirak edirlər".