BAKI, 27 yanvar. TELEQRAF
Magistraturaya qəbul imtahanında iştirak etmək üçün 22 777 nəfər sənəd verib.
Teleqraf Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən xəbər verir ki, müraciət edənlərin 20 786 nəfəri Azərbaycan bölməsi, 1 991 nəfəri isə rus bölməsi üzrədir.
Qeyd edək ki, magistraturaya sənəd qəbulu 14–26 yanvar tarixlərində aparılıb. Magistraturaya qəbul imtahanının birinci cəhd mərhələsi 15 fevralda keçiriləcək.
Xatırladaq ki, ötən il magistraturaya qəbul imtahanının birinci cəhdində iştirak etmək üçün 21 924 nəfər qeydiyyatdan keçib.