BAKI, 11 avqust. TELEQRAF
"Bugünkü seçimə məsuliyyətlə yanaşmalısınız".
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
"Artıq imtahanlar başa çatıb. İndi isə sizə təqdim olunan məlumatlardan abituriyent jurnalından, statistik göstəricilərdən düzgün istifadə etməyi bacarmalısınız. Öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Ən doğru qərar sizin öz qərarınızdır. Bal sizin əməyinizdir, ixtisas və universitet seçimi də öz seçiminiz olmalıdır.
Düşünməlisiniz ki, 4 il sonra əmək bazarına addım atanda hansı sahədə öz yerinizi tapa biləcəksiniz. Ona görə də ixtisas seçiminə çox məsuliyyətlə yanaşmalısınız", - o qeyd edib.