BAKI, 22 iyul. TELEQRAF

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev vəzifəsindən azad edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, iyulun 21-də onun əmək müqaviləsinə xitam verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən faktı Teleqraf-a təsdiqləyiblər.

Rasim Mehdiyev saytımıza açıqlamasında bildirib ki, işdən çıxması yaşı ilə bağlıdır:

"Yetmiş yaşım tamam olduğu üçün belə məsləhət oldu, işdən çıxarıldım".