BAKI, 18 iyul. TELEQRAF

“TəhsilPlus” kartı tələbələrlə yanaşı təhsilverənlərə də münasibətdə tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, kartlarda keşbeklərdən gələn gəlir müəllimlərin rifahının yaxşılaşmasına xidmət edəcək.

Bu layihə müəllimlərin professional nüfuzunun artırılmasına yönəlib və təhsilin inkişafına töhfə verəcək.