BAKI, 16 iyul. TELEQRAF

Bu il ali məktəblərdə ödənişli əsaslarla ayrılmış yerlərin 90 faizi dola bilər.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər il universitetlərə qəbul üzrə plan yeri 90 faizdən çox olur: “Ola bilsin elə ixtisaslar var ki, az müraciət olunsun”.