BAKI, 3 iyun. TELEQRAF

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.