BAKI, 23 may. TELEQRAF

"Gənc müəllimləri bizimlə əməkdaşlığa dəvət edirəm".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar keçirilən mətbuat konfrasında deyib.

“Bizi başa düşə bilən insanların sayının çoxalmasını istəyirik. Hazırda gənc psixometrik təcrübə proqramına qeydiyyat davam edir. Müəllimləri, əsasən də təhsil ekspertlərini bu proqrama qoşulmağa dəvət edirik. Nəzarətçilərin sayının artması işimizin xeyrinədir”.