BAKI, 15 may. TELEQRAF
Qarabağ Universitetinin İncəsənət fakültəsində istedadlı pianoçu Aynur Abdullayevanın “Kölgələrdən Sonsuzluğa” adlı fortepiano musiqisi axşamı keçirilib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Bildirilib ki, konsert proqramında dünya musiqi tarixinin əfsanəvi siması, macar bəstəkarı Ferens Listin məşhur əsərləri səsləndirilib. Aynur Abdullayeva dinləyicilərə Listin “Mephisto waltz”, “Transcendental etude”, “Spanish Rhapsody”və Lüdviq Van Bethovenin “Symphony №: 7 (II hissə. Allegretto)” əsərini Ferens List transkripsiyasında ifa edib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov konsertin yekununda çıxış edərək bu cür tədbirlərin gənc nəsildə klassik musiqiyə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb və Aynur Abdullayevaya dəyərli təşəbbüsünə görə təşəkkürlərini bildirib.