Teleqraf.com şair Mətləb Ağanın şeirini təqdim edir.

***

Günəş batdı...su sakit...

...öldü quşların səsi...

çatlaq dodaqlarında

susuzluğun nəğməsi...

...o susqun ağacların

yaşıl xatirələri...

hərdən suya qoşulub

daşır xatirələri...

...bir şəklim var o üzdə,

canında qış qorxusu...

sənə nə lazımdı ki?

bir səssizlik, bir də su...

...qucaqlayıb indicə

islandığın leysanı,

gülərsən:

“bu həyat da

özünü bir şey sanır...”.

11.07.2022