ABŞ və Rusiyaya məxsus döyüş təyyarələri ilk dəfə olaraq Suriya hava məkanında birgə sınaq uçuşu həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqonun nümayəndələrindən biri məlumat yayıb.
Bildirilir ki, bu addım iki ölkə arasında imzalanan təhlükəsizlik uçuş sazişi çərçivəsində atılıb. Uçuş təxminən 3 dəqiqə davam edib.
Rusiya tərəfi məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Samir