Əfqanıstanda yük maşınına quraşdırılmış bombanın partlaması nəticəsində azı 8 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə şərqi Loqar əyalətində baş verib. Ölənlərin üçü polis, beşi isə mülki şəxslərdir.

“Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürüb.