BAKI, 21 noyabr. TELEQRAF
Finlandiyanın xarici işlər naziri Elina Valtonen peşəkar idmançılar da daxil olmaqla, Rusiya vətəndaşlarının ölkəyə girişinə Aİ səviyyəsində yeni məhdudiyyətlər tətbiq olunmasını təklif edib.
Teleqraf xəbər verir ki, XİN rəhbəri rusiyalı peşəkar idmançıların Şengen zonasına girişi üçün vahid qaydaların vacibliyini qeyd edib.
Valtonenin sözlərinə görə, digər ölkələr də Finlandiyadan sonra Rusiya idmançılarına qarşı sərt siyasət elan ediblər: "Bu, ortaq Aİ siyasəti üçün şərtləri gücləndirir. Avropa Komissiyasının tezliklə bu məsələ ilə bağlı təklifini təqdim edəcəyini gözləyirəm".
Finlandiya hökuməti əvvəllər Rusiya vətəndaşları üçün giriş qaydalarını sərtləşdirmək qərarına gəlib. Məhdudiyyətlər həmçinin Şengen vizası ilə ölkəyə qısamüddətli iş üçün gələn rusiyalı peşəkar idmançılara da şamil edilir. Hakimiyyət orqanları bu tədbiri Finlandiyanın beynəlxalq münasibətlərinə təhdid kimi qiymətləndiriblər. Yeni tədbirlər 16 noyabrda qüvvəyə minib.