BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"ABŞ hərbçiləri noyabrın 3-də ABŞ-dəki aralıq seçkilərə qədər İrana zərbələr endirməyəcək", - o qeyd edib.
Tramp əlavə edib ki, hücum fasiləsinə baxmayaraq, İran limanları blokadada saxlanılacaq: "Hörmüz boğazından rekord həcmdə neft daşınır. Təkcə ötən gecə boğazdan 22 milyon barel neft keçib və bu neftin heç bir hissəsi İrandan ixrac edilməyib və ya İrana göndərilməyib".