BAKI, 6 oktyabr. TELEQRAF

ABŞ Ukraynadakı müharibənin sona çatmasında konstruktiv rol oynamaq istəyir, lakin hazırda vəziyyət ürəkaçan deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib .

"Biz açıq şəkildə bildirdik ki, bu müharibənin sona çatmasında konstruktiv rol oynamaq istəyirik. Biz açıq şəkildə oradakı tendensiyaları izləyirik və görürük ki, proseslər hazırda bu istiqamətdə getmir", - deyə o qeyd edib.

Rubio Vaşinqtonun münaqişəyə son qoymağa diqqət yetirdiyini vurğulayıb. O həmçinin müharibədə baş verən ölüm hallarının çoxluğundan təəssüfləndiyini bildirib.