BAKI, 4 oktyabr. TELEQRAF
Almaniya Ukraynaya hərbi ehtiyaclar və energetika sektorunun bərpası üçün 1 milyard avrodan çox yeni yardım paketi ayırır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts kiyevli həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.
Yardım paketinə reaktiv PUA-lara qarşı nəzərdə tutulmuş tutucu dronların birgə istehsalının maliyyələşdirilməsi, uzaqmənzilli silahlar, döyüş pilotsuz aparatları və peyk avadanlıqları daxildir. Bundan əlavə, Ukraynanın energetika sektoruna generatorlar, transformator yarımstansiyaları və təmir dəstələrinin təminatı üçün təxminən 350 milyon avro yönəldiləcək.
“Biz bu texnologiyaları sürətlə seriyalı istehsala keçiririk. Bu, Ukraynanın hava hücumundan müdafiə imkanlarını qısa zamanda və hiss olunacaq dərəcədə gücləndirəcək”, — deyə F.Merts qeyd edib.