BAKI, 4 oktyabr. TELEQRAF
Türkiyənin Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Adana vilayətindəki zəlzələlərdən sonra, yerli vaxtla saat 14:43-də qeydə alınıb. Zəlzələ ocağının yerin 7 kilometr dərinliyində yerləşdiyi bildirilir.
***
15:43
Türkiyənin Adana əyalətində 4,8 bal gücündə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Saimbəyli rayonunda baş verən zəlzələnin ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.