BAKI, 26 sentyabr. TELEQRAF
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkədə onlayn mərc oyunlarını qadağan edən fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu qərar Lulanın dördüncü müddətə seçilməyə çalışdığı prezident seçkilərindən doqquz gün əvvəl verilib.
Fərman sabit əmsallı mərc platformalarının (o cümlədən onlayn kazinoların) fəaliyyətini, onlar üzrə vasitəçiliyi və reklamını qadağan edir.
Qərar dərhal qüvvəyə minib.Lakin sənədin qüvvədə qalması üçün Konqres onu 120 gün ərzində təsdiqləməlidir.