BAKI, 26 sentyabr. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmasını dəstəkləyib.
Teleqraf DPA agentliyinə istinadən xəbər verir ki, nazir bu dəvətin danışıqlar prosesinin inkişafı üçün fürsət yarada biləcəyini bildirib.
"Belə imkanlardan istifadə etmək lazımdır. Bu, ən azı ciddi danışıqların başlanğıcı ola bilər", – Vadeful vurğulayıb.
ABŞ-nin dövlət katibi Marko Rubio daha əvvəl Vaşinqtonun Vladimir Putini G20 sammitinə dəvət etdiyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dəvətə görə ABŞ-yə təşəkkür edib. Bununla belə, o, sammit çərçivəsində Putinlə ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüş barədə danışmağın hələ tez olduğunu bildirib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə Putinin sammitə dəvət olunmasından narazılığını ifadə edib.