BAKI, 26 sentyabr. TELEQRAF
Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə deyib.
“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz doğrudan da qovşağıq.
"Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır", - o qeyd edib.