BAKI, 26 sentyabr. TELEQRAF

"Əgər İran hava nəqliyyatı həyata keçirmək və hava limanı xidmətlərindən istifadə etmək imkanından məhrum edilərsə, regiondakı heç bir başqa ölkənin belə bir imkanı olmayacaq".

Teleqraf xəbər verir ki, bunu İranın Ali Liderinin müşaviri Məhəmməd Moxbar bildirib.

Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rza ABŞ sanksiyalarının bir hissəsi olaraq qonşu ölkələrdəki hava limanlarının fəaliyyətini pozacaqlarını açıqlamışdı.