BAKI, 26 sentyabr. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri yaralanan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun açıqladığı son itki statistikasında bildirilib.

Məlumata görə, fevralın sonunda İrana qarşı başladılan "Epik qəzəb" əməliyyatı zamanı 418 ABŞ hərbçisi yaralanıb, 14 nəfər həlak olub. Vaşinqton mayın 5-də əməliyyatın başa çatdığını elan edib.

Pentaqon iyulun 7-dən etibarən xaricdə keçirilən hərbi əməliyyatlar zamanı verilən itkilərin də ayrıca statistikasını aparır. Həmin dövrdə 443 hərbçi yaralanıb, 5 nəfər həlak olub. Əməliyyatların konkret harada keçirildiyi açıqlanmayıb.

Qeyd edək ki, avqustun əvvəlində yaralanan ABŞ hərbçilərinin ümumi sayı 687 nəfər idi.