BAKI, 26 sentyabr. TELEQRAF
Vaşinqton administrasiyası İranın Hörmüz boğazının açılması ilə bağlı təkliflərini qəbul etməyə hazırda ehtiyac görmür.
Teleqraf xəbər verir ki, bu barədə CBS telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Hörmüz boğazına nəzarət etdiyimiz üçün ABŞ-nin mövqeyi çox güclüdür, ona görə də tələsmirik. Son 48 saat ərzində boğazdan təxminən 40 milyon barel neft daşınıb”, - deyə rəsmi İranın boğazdan normal gəmiçiliyin yeddi gün ərzində bərpasına imkan verəcək bir razılaşma planı təklif etməsi ilə bağlı xəbərlərə cavab olaraq qeyd edib.