BAKI, 26 sentyabr. TELEQRAF
ABŞ sanksiyalardan İran xalqına qarşı kollektiv cəza və siyasi təzyiq vasitəsi kimi istifadə edir.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib.
Nazir Vaşinqtonun iqtisadi məhdudiyyətləri İran xalqına qarşı təzyiq vasitəsinə çevirdiyini iddia edib.
"ABŞ iqtisadi məhrumiyyətlərdən silah kimi istifadə edərək onları kollektiv cəza və siyasi məcburetmə vasitəsinə çevirir. Bu, İran xalqına qəsdən ciddi zərər vurulması və insanların yaşamaq, sağlamlıq, dərman və ərzaq əldə etmək kimi fundamental hüquqlarının birbaşa pozulmasıdır", – Əraqçi bildirib.
"Bu, diplomatiya deyil, məcburetmə və iqtisadi terrorizmdir", – nazir vurğulayıb.