BAKI, 25 sentyabr. TELEQRAF
Bəhreyn, İsrail, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ nümayəndələri Nyu-Yorkda "İbrahim sazişləri" formatında görüş keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
Məlumata görə, tərəflər münasibətlərin normallaşdırılması və tərəfdaşlığın inkişafı istiqamətində müəyyən irəliləyişlərə nail olublar.
Görüşdə ilk dəfə olaraq bu sazişlərə qoşulmaq istədiyini bildirən Qazaxıstanın nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan "İbrahim sazişləri" ABŞ-nin vasitəçiliyi ilə imzalanıb.
Tərəflər arasında sonuncu görüş 2023-cü ilin yanvarında keçirilib.
2023-cü il oktyabrın 7-də baş verən terror aktlarından və İsrailin Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra ölkələr "İbrahim sazişləri" üzrə görüşlərin keçirilməsini dayandırıblar.